Ölümlə nəticələnən qəza

01 Sentyabr, 2020 10:56 | Hadisə | Baxış sayı: 59
goranboy
goranboy

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə Goranboy - Ağcakənd avtomobil yolunun Səfikürd kəndindən keçən hissəsində olub. Hərəkətdə olan "Azsamand" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılması nəticəsində maşında olan 1993-cü il təvəllüdlü Samir Xanlarov ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.