Qardaş ərindən küsüb gələn bacısını kanalda boğdu

02 Sentyabr, 2020 12:59 | Hadisə | Baxış sayı: 229
Samur-Abşeron kanalı
Samur-Abşeron kanalı

Şabranda qardaş bacı qatili olub. 

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Şabran rayonunun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini, 30 yaşlı Elşən Abdulov bacısı, 33 yaşlı Leyla Müseyibovanı ailə münaqişəsi zəminində Samur-Abşeron kanalına itələyib. Hadisə sentyabrın 1-i axşam saat 22 radələrində baş verib.

Hadisə yerinə Şabran rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları işləyib. Qardaşın bacısını öldürməsinə Leyla Müseyibovanın növbəti dəfə küsüb ata evinə gəlməsinin səbəb olduğu deyilir. Qardaş bacısının ərindən küsüb ata evinə gəlməsini həzm edə bilməyib və onu kanala itələyib. Qadın 4 uşaq anası olub.

Artıq Leyla Müseyibovanın meyiti sudan çıxarılıb. 30 yaşlı Elşən Abdulov şübhəli şəxs qismində artıq Şabran polisi tərəfindən tutulub.

Şabran rayon prokurorluğunda CM-nin 120.1- qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.