Qəzada ölməyən piyada xəstəxanada yaxşılaşdıqdan sonra keçindi

03 Fevral, 2020 12:29 | Hadisə | Baxış sayı: 188
Qəza
Qəza

Qəfildən dünyasını dəyişib

Xaçmazda qəzaya düşmüş rayon sakini dünyasını xəstəxanada dəyişdi.  

İstiPress-in şimal bürosunun məlumatına görə, Gəndab-Yalama yolunun 27-ci km-liyində - Xaçmaz rayonu ərazisində rayon sakini Sahib Süleyman oğlu İmaməliyevin idarə etdiyi "Jiquli Vaz-2106" markalı avtomobillə vurulan 23 yaşlı  piyada Xaçmaz rayon mərkəzi xəstəxanasında ölüb. Hadisə yanvarın 28-də baş verib.

Xəstəxanada bir neçə gündür müalicə olunan Nəriman Səlim oğlu Qəhrəmanov yaxşılaşsa da qəfildən dünyasını dəyişib.

Hadisə barədə cinayət işi açılıb.