Bakıda ər-arvadı maşın vurdu, kişi öldü

03 Mart, 2020 13:57 | Hadisə | Baxış sayı: 118
Qəza
Qəza

Saat 23 radələrində qeydə alınıb.

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 

IstiPress-in məluumatına görə, qəza martın 2-də saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurub. 

Nəticədə kişi hadisə yerində ölüb, qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.