Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
İstiPress-in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.
Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub.
Allah rəhmət eləsin!
Faktla bağlı araşdırma aparılır.