Bir uşaq anası özünü asdı

03 Sentyabr, 2020 16:44 | Hadisə | Baxış sayı: 165
İntihar
İntihar

Xaçmazda intihar hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayonun Palçıqoba kəndində 38 yaşlı Elzarə Roman qızı Hacımuradova özünü yaşadığı evin birinci mərtəbəsində tirdən asıb.

Məlumat əsasında rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Hadisə yerinə və meyitə baxış keçirilib. Qadının meyiti tibbi ekspertizaya təqdim olunub.

Mərhumun 1 uşaq anası olduğu deyilir. Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.