Azərbaycanda 16 yaşlı oğlan intihar etdi

04 Avqust, 2020 10:36 | Hadisə | Baxış sayı: 104
intihar
intihar

Ötən gecə Salyan rayonunda intihar hadisəsi baş verib.

İstiPress-in "virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, rayonun Bəşirbəyli kəndində 2004-cü ildə anadan olmuş Nicat Valeh oğlu Həsənov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, əvvəllər Şirvan şəhərində yaşayan Nicat Həsənov uşaq ikən hər iki valideynini itirdiyindən Bəşirbəyli kəndində yaşayan dayısının evində qalırmış. Ailənin yeganə övladı olan N.Həsənovun anasının xəstəlikdən, atasının isə bir neçə il əvvəl intihar edərək dünyalarını dəyişdikləri deyilir.

Faktla bağlı araşdırma aparılır.