Gənc ana 5 uşağını öldürdü - ŞOK FACİƏ

04 Sentyabr, 2020 11:11 | Hadisə | Baxış sayı: 143

Almaniyanın Solingen şəhərində 27 yaşlı gənc ana 5 uşağını qətlə yetirib.

İstiPress-in məlumatına görə, bu barədə "Blid" nəşri məlumat yayıb. Ölən uşaqlar arasında yaş yarım, iki və üç yaşında üç qız, həmçinin altı və səkkiz yaşlı iki oğlan var.

Qadının ilk uşağını 14 yaşında doğduğu bildirilir. Uşaqların Düsseldorf şəhərində yaşayan nənələrinin polisə zəngindən sonra evə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşları 1, 2, 3, 6 və 8 yaşlı uşaqların cəsədi ilə qarşılaşıblar. Nənə qızının daha bir övladı ilə intihar etmək üçün yola çıxdığını bildirdikdən sonra polis araşdırmalara başlayıb və qadının özünü metroda qatarın altına atdığı, ancaq yaralı olaraq xilas edildiyi məlum olub. Uşaqlarını öldürən qadın polisin nəzarətinə götürülüb. Onun digər övladı isə sağ qalıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.