Azərbaycanda məmur məktub yazıb intihar etdi - FOTO

07 Sentyabr, 2020 11:57 | Hadisə | Baxış sayı: 247
İntihar
İntihar

Bu gün səhərə yaxın Sabirabad rayonunda intihar hadisəsi baş verib.

İstiPress-in "virtualaz.org"un Şirvan bürosunun məlumatına görə, Sabirabad şəhərinin H.Əliyev küçəsində yaşayan, 1 azyaşlı uşaq atası, 31 yaşlı Rauf Əsədov özünü yaşadığı evdə asaraq intihar edib.

R.Əsədovun əvvəllər zabit olduğu, son illər isə ordudan ayrılaraq Sabirabad Gənclər İdman İdarəsində işlədiyi deyilir. R.Əsədov həmin idarədən bir ay əvvəl işdən ayrılsa da, oradan onun normal insan və öz işinin öhdəsindən gələn bir işçi olduğunu dedilər.

Qeyd edək ki, Rauf Əsədov intihar etməzdən əvvəl sosial şəbəkədəki paylaşımında vida məktubu yazıb. O, məktubunda ətrafındakı insanların onu heç cür başa düşmədiklərini bildirib, həyat yoldaşından və azyaşlı oğlundan razılıq edərək intihara görə bağışlanmasını istəyib.

Faktla bağlı araşdırma aparılır.