Bakıda avtomobil vuran qadının kimliyi bilinmir - FOTO

11 Dekabr, 2020 16:31 | Hadisə | Baxış sayı: 447
Qəza
Qəza

Bu gün gündüz saat 12.30 radələrində Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzinin qarşısında - Bakı Xarici Dairəvi yolunun 9-cu km-də "Mersedes-Vito" arkalı avtomobillə təxminən  50-60 yaşlarında olan qadın vurulub.

İstiPress-in məlumatına görə, qadın aldığı zərbələrdən hadisə yerindəcə keçinib. Yaşlı qadının üzərində hər hansı sənəd olmadığından onun  şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Qadının əynində göy şalvar, qara bolonka gödəkçə və açıq -qəhvəyi kofta olub.

Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Mərhumu tanıyanlar və evdən "Sədərək" ticarət mərkəzinə getmək adı ilə çıxan və geri qayıtmayan yaxını olanlar varsa, DİN-nin "102"Çağrı Mərkəzinə və yaxınlıqdakı rayon polis şöbələrinə müraciət edə bilərlər.

Faktla bağlı DİN-nin yol-nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Naməlum yaşlı qadının kimliyi və qəzanın təfərrüatları araşdırılır.