Gəlin qaynatasını bıçaqladı

14 Sentyabr, 2020 14:40 | Hadisə | Baxış sayı: 131
Bıçaqlama
Bıçaqlama

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.