Xaçmazda 22 yaşlı gəlin özünü asıb.
İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 22 yaşlı Turunc Məmmədəliyeva özünü yaşadığı evin sanitar qovşağında asaraq intihar edib.
Hadisə yerində Xaçmaz rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları işləyib. Meyit tibbi ekspertiza edilib.
Gənc qadının 1 ildir evli olduğu, övladının olmadığı bildirilir. Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.