Paytaxtda qəza: Dairəvi yol bağlandı

17 Aprel, 2020 13:45 | Hadisə | Baxış sayı: 99

Bir neçə avtomobilə ziyan dəyib

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, qəza Bakı Dairəvi 1 yolunda qeydə alınıb. Lökbatan istiqamətində baş verən hadisədə bir neçə avtomobilə ziyan dəyib.

Hadisə yerində nəqliyyat vasitələrindən biri aşaraq yolu bağlayıb.

Bakı Nəqliyyat Agentliyi qəza səbəbindən sözügedən yolda tıxac yarandığını bildirir.