İş yerində əri tərəfindən bıçaqlanan qadın öldü

17 Sentyabr, 2020 10:27 | Hadisə | Baxış sayı: 63
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib. 

İstiPress-in məlumatına görə, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb.