Bakıda kriminal aləmin “sxodka”sına gələn 100 nəfər tutuldu

18 Avqust, 2020 16:59 | Hadisə | Baxış sayı: 161
Azərbaycanda polis əməliyyatı - ARXİV
Azərbaycanda polis əməliyyatı - ARXİV

Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.

İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib. Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb.

"Bandotdel" əməkdaşlarının kriminal aləmin nümayəndələrinə qarşı keçirdiyi xüsusi əməliyyata dair bəzi təfərrüatlar məlum olub. Bildirilir ki, "sxodka" Xətai rayonunda yerləşən "Qarabağ" restoranında keçirilirmiş.

DİN-in mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov əməliyyatın hələ davam etdiyini və təfərrüatlar barədə daha sonra açıqlama veriləcəyini bildirib.