Oğul qəzaya düşdü - ata öldü

19 İyun, 2020 17:05 | Hadisə | Baxış sayı: 145
Qəza
Qəza

Xaçmazda iki avtomobil toqquşub.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi "Mercedes" və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.