Əri ilə mübahisə edən gənc qadın özünü asdı

21 Avqust, 2020 13:21 | Hadisə | Baxış sayı: 272
İntihar
İntihar

Siyəzəndə 39 yaşlı qadın özünü asııb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Gilgilçay qəsəbəsindəqeydə alınıb.

Qəsəbə sakini, 39 yaşlı Şəhla Haşımova səhərə yaxın özünü həyətlərindəki tut ağacından asıb. Onun ayaqyoluna getdiyini güman edən uşaqları dərhal atalarına xəbər veriblər. Ailə üzvləri həyətə çıxanda onu ağacdan asılı vəziyyətdə görüblər.

Dərhal polisə məlumat verilib. Hadisə yerində polis və prokurorluq orqanları işləyib. İlkin araşdırma zamanı qadının həyat yoldaşı ilə mübahisə etdikdən sonra özünə qəsd etdiyi bildirilir. İntiharın tam təfərrüatlarını Siyəzən rayon prokurorluğu araşdırır.

Fakta görə CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.