Fəhlə ehtiyatsızlıqdan yıxılıb öldü

21 Avqust, 2020 16:19 | Hadisə | Baxış sayı: 204
Tikintidə ölüm
Tikintidə ölüm

Şabranda fəhlə ehtiyatsızlıqdan yıxılıb ölüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun Pirəbədil kəndində aparılan tikintilərdən birində qeydə alınıb. Bakı sakini, 42 yaşlı Səbuhi İsmayıl oğlu Məmmədov tikintidə iş başında olarkən yıxılıb və ölüb.

Şabran rayon prokorluğunda araşdırma gedir. Fəhlənin təhlükəsizlik qaydalarına əməl edib etməməsi dəqiqləşdirilir.