Lotu Qulini qətlə yetirən qatil danışdı - VİDEO

21 Avqust, 2020 17:20 | Hadisə | Baxış sayı: 754
Lotu Qulinin qatili - Xan Bakinskiy (Xaqan Zeynalov)
Lotu Qulinin qatili - Xan Bakinskiy (Xaqan Zeynalov)

Türkiyədə "qanuni oğru" Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlər - 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verib.

İstiPress-in məlumatına görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Xan Əhmədlinski ilkin ifadəsində Nadir Səlifovu sevmədiyi üçün öldürdüyünü deyib: “Mən onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşuma gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”,- saxlanılan şəxs bildirib.

Xəqan Zeynalov onu da əlavə edib ki, qətl hadisəsi baş verən zaman Əmir Əhmədli onu çöldə maşında gözləyib.

Xatırladaq ki, avqustun 20-nə keçən gecə Nadir Səlifov Antalyada yerləşən otellərdən birində 4 güllə ilə başından vurulmuşdu. N.Səlifovun qatili Xan ləqəbi ilə tanınan kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.