Özünü həyətində asaraq öldürdü

24 Sentyabr, 2020 09:49 | Hadisə | Baxış sayı: 109
İntihar
İntihar

Gəncə şəhərində intihar hadisəsi baş verib.

IstiPress-in məlumatına  görə, sentyabrın 24-də şəhər sakini, 1980-cı il təvəllüdlü Əflatun Novruzov yaşadığı evin həyətində özünü asaraq intihar edib. 

Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.