Gürcüstanda iki azərbaycanlı güllələndi

24 Dekabr, 2020 15:18 | Hadisə | Baxış sayı: 897
Tapançadan atəş
Tapançadan atəş

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib.

İstiPress-in məlumatına görə, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Faktla bağlı istintaqa başlanılıb.