Bakıda nəvə nənəsini və bibisini öldürdü

25 Sentyabr, 2020 09:35 | Hadisə | Baxış sayı: 113
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Bakıda qətl törədən şəxs saxlanılıb.

İstiPress-in məlumatına görə, ana və qızını öldürməkdə şübhəli bilinən Samir Cavadov polis əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, hadisə sentyabrın 24-də paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq qətlə yetiriliblər. 

İlkin araşdırmalarla məlum olub ki, hadisəni E.Cavadovanın nəvəsi S.Cavadov tərəfindən törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.