Rayona turist aparan avtobus qəzaya düşdü - 2 ölü, 15 yaralı

26 Yanvar, 2020 11:23 | Hadisə | Baxış sayı: 154
Qəzaya düşmüş avtobus
Qəzaya düşmüş avtobus

“VAZ 2106” markalı minik avtomobili ilə toqquşub

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.