Bakı -Şamaxı yolunun 1-ci km-də - Sumqayıt şəhəri ərazisində 5 nəfərin həyatına son qoyan dəhşətli qəza baş verib.
İstiPress-in hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi əməkdaşlarından əldə etdiyi məlumata görə, Abşeron sakini, 28 yaşlı Ceyhun Qafarlının idarə etdiyi "Saipa"markalı avtomobillə Abşeron sakini, 36 yaşlı Ramin Əliyevin idarə etdiyi "Opel"markalı avtomobil toqüuşub.
Nəticədə "Saipa"nın sürücüsü Ceyhun Qafarlı və oradakı 3 sərnişin və "Opel"dəki 1 sərnişin dünyasını dəyişib. Hazırda ölən sərnişinlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzaya ilkin səbəb kimi "Saipa"markalı avtomobilin "Opel"in yoluna çıxması göstərilir.
Müvafiq ekspertizalar təyin edilib. Baş Dövlət Yol Öolisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.
"Saipa" avtomaşını Şamaxı, "Opel"isə Sumqayıt istiqamətinə gedirmiş.