Xəzər rayon prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır
Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.
IstiPress-in məlumatına görə, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib.
Mərhum Türkiyənin Karabük vilayətində dəfn edilib.
Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.