Günortadean sonra olub
Bakıda yol qəzası baş verib.
İstiPress-ə bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, aprelin 26-ı saat 3 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Fərəcov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.