Yolu keçirmiş
Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.
İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.