Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 29-u saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.