Bu Avropa ölkəsi Azərbaycan vətəndaşlarının girişinə icazə verdi

04 Avqust, 2020 14:27 | Həyat Tərzi | Baxış sayı: 348
Monteneqro
Monteneqro

Azərbaycan Monteneqroya giriş üçün epidemioloji təhlükəsiz ölkələrin "yaşıl siyahısına" daxil edilib.

İstiPress-in məlumatına görə, bu barədə Monteneqronun Milli Koordinasiya Şurası qərar qəbul edib. 

Bununla Azərbaycan vətəndaşlarına COVID-19 ilə bağlı əlavə tələblər olmadan Monteneqroya girişinə icazə veriləcək.

1 iyun tarixindən etibarən Monteneqro hökuməti ölkəyə xüsusi giriş meyarlarını tətbiq etməyə başlayıb. Bu qaydalara görə, 100 min nəfərə 25-dən çox yoluxma halı qeydə alınan ölkələrin vətəndaşları üçün sərhədlər bağlı olacaq.