Futbol üzrə Argentina millisinin sabiq futbolçusu və məşqçisi Dieqo Maradonanın ölüm səbəbi məlum olub.
İstiPress-in məlumatına görə, bu barədə “Infobae” portalı xəbər verib.
“Pasiyentdə kəskin ağciyər ödəminə gətirib çıxaran dilatasyon kardiyomiyopatiyalı kəskin ürək çatışmazlığı olub”, - portal məhkəmə-tibb ekspertlərinin sözlərini sitat gətirir.
Qeyd edək ki, Maradona çərşənbə günü 60 yaşında dünyasını dəyişib. Argentina hökuməti onun ölümü ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib.
Noyabrın 3-də subdural hematoma səbəbindən əməliyyat keçirən Maradona noyabrın 11-də xəstəxanadan evə buraxılmışdı.