Şuşaya alternativ mənbədən içməli su çəkilir

07 Dekabr, 2020 15:22 | İqtisadiyyat | Baxış sayı: 152
Şuşa şəhəri
Şuşa şəhəri

Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri bərpa edilir.

İstiPress-in məlumatına görə, bunu "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq", - deyə o, qeyd edib.

Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.