Azərbaycanın əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb.
İstiPress-in məlumatına görə, bu barədə sözügedən qrupun gitaristi Namiq Nağdəliyev məlumat verib. O, sosial şəbəkədə paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib.
Qeyd edək ki, rok qrupu 1988-ci ildə İbrahim Emin tərəfindən Sumqayıtda yaranıb. “Yuxu”nun ilk mahnısı “Xəzərin sahilində” olub və onlara böyük şöhrət qazandırıb. Mahnıya çəkilmiş klipin rejossoru Vahid Mustafayev olub. Qrup fəaliyyətini 2001-ci ildə dayandırıb.
Xatırladaq ki, qrupun yaradıcısı İbrahim Emin 2019-cu ildə vəfat edib. Namiq Nəğdəliyev isə Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir, orada Kıraç, Funda Arar, Haluk Levent və digər bir çox ifaçılarla işləyir.