ABŞ-ın yeni prezidenti ənənəvi üsulla məktub göndərməyə çağırıb
"Kimin nə dediyi vecimə belə deyil, kompüterlər tamamilə etibarsız cihazlardır”. Bunu ABŞ-ın yeni prezidenti Donald Tramp deyib. Yeni il partisinə qatılan Tramp heç bir kompüterin təhlükəsiz olmadığını deyib.
İstiPress "usatoday.com"a istinadən verdiyi məlumata görə, Floridadakı Mar-a-Lago klubunda keçirilən və Silvestr Stallone kimi məşhurların da iştirak etdiyi yeni il partisində danışan prezident vacib məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısı almağın yollarını da deyib. O, ənənəvi üsuldan - məsəslən, kuryerdən istifadəni etməyi məsləhət görüb.
Tramp gələn həftə kiberhücumlar iddiası ilə bağlı açıqlamalar verəcəyini də bəyan etmişdi. “Mən hakerlər haqqında çox şeyi bilirəm. Və parolların qırılmağı haqqında - hansını ki, aşkar etmək çox çətindir”.