Xaçmazın İH başçısı Elnur Rzayev bu gün qəbula yazılan vətəndaşları onlain qəbul edib.
İstiPress-in şimal bürosunun məlumatına görə, rayon rəhbərinə sakinlər işlə təmin olma, işıq dirəklərinin yenilənməsi, torpaq sahələrinin sənədləşməsi, telefon və internet xəttlərinin çəkilməsi, qaz çəkilməsi, sosial müdafiə məsələləri ilə bağlı müraciət ediblər. Bəzi müraciətlər yerindəcə həll edilib.
Elnur Rzayev vətəndaşların müraciət və şikayətləri ilə bağlı onlain qəbulda iştirak edən məsul şəxslərlə müzakirə aparıb və müvafiq tapşırıqlarını verib.