Azərbaycanda Vətən müharibəsində şəhid olan qəhrəmanların əziz xatirəsi yad edilib.
İstiPress-in məlumatına görə, bununla əlaqədar bu gün 12:00-da nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Bakı buxtasında olan gəmilərdən də səs siqnalları verilib.
16:58
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanların xatirəsinin anılması üçün sərəncam verib.
İstiPress-in məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2020-ci il.