"Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndində dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini sanki evlərindəki kimi hiss edirlər".
İstiPress-in məlumatına görə, bu barədə Dağlıq Qarabağdakı işğal rejiminin keçmiş funksioneri, "Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan Facebook səhifəsində yazıb.
"Doğrudur, bütün bunlar rusiyalı sülhməramlıların müşayiəti ilə olur. Ammə mahiyyət dəyişmir ki",- deyə o, əlavə edib.
Abramya daha sonra yazıb: "Nikol Paşinyan, səndə vicdan var?! Anlayırsan ki, imzaladığın sənədin, anlaşmanın nəticəsi olaraq azərbaycanlı əsgərlər Xankəndidə bizi ələ salırlar?!"
Abramyanın xəbəri sosial şəbəkədə ermənilər arasında ciddi təşvişə səbəb olub.