Prezident şəhidlərlə bağlı paylaşım etdi

04 Dekabr, 2020 11:40 | Siyasət | Baxış sayı: 72
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızla bağlı paylaşım edib. 

İstiPress-in məlumatına görə, dövlət başçısı rəsmi sosial şəbəkə hesabında Xarıbülbül simvolunu paylaşaraq fotoya “Şəhidlərimizi ehtiramla yad edirik!” şərhini yazıb. 

Qeyd edək ki, Prezidentin sərəncamı ilə bu gün 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.