Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsinə münasibət bildirib.
İstiPress-in məlumatına görə, bu barədə səfir tvitterdə yazıb:
“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır. Qarabağın müstəqilliyini tanımır”.