Qubada şəhid ailələrinə və Qarabağ əlillərinə yeni evlər verilib.
İstiPress-in şimal bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə inşa edilmiş 9 evin açarlarının sahiblərinə təqdim edilməsi mərasimi baş tutub. Pandemiya tələblərinə ugğun olaraq keçirilən mərasimdə Quba İH başçısı Ziyəddin Əliyev bu gün 9 imtiyazlı ailəyə yeni ev verildiyini deyib.
Rayon rəhbəri bildirib ki, müharibə gedən ölkədə şəhid ailələrinə və Qarabağ əlillərinə diqqət dövlətin 1 nömrəli prioritetlərindəndir: "Prezident İlham Əliyev bu ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi önəm verir və bu istiqamətdə Qubada müntəzəm olaraq işlər aparır. İlin sonunadək daha 6 şəhid ailəsi yeni evlərlə təmin olunacaq".