Dövlət xidməti işə qəbul elan edir

07 Dekabr, 2020 12:06 | Siyasət | Baxış sayı: 90
DSX yoxlama məntəqəsi
DSX yoxlama məntəqəsi

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edir. 

İstiPress-in məlumatına görə, Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq  istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Həkim-terapevt;

Həkim-ümumi cərrah;

Həkim-stomatoloq;

Həkim-sanepidemioloq;

Həkim-dermatoloq;

Həkim-infeksionist;

Həkim-otolarinqoloq;

Həkim-laborant;

Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

Feldşer;

Feldşer-laborant;

Diş texniki.  
 
Namizədlər aşağıdakı  tələblərə cavab verməlidirlər:

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

Fiziki cəhətdən sağlam olmalı;

Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər. 

Əlavə məlumat üçün əlaqə nömrəsi:  (012) 564-16-92