"Cənubi Qafqaz ziddiyyətlər diyarından sabitlik diyarına çevrilir və Rusiya buna hərtərəfli dəstək verəcək".
İstiPress “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ermənistan baş naziri, Azərbaycan və Rusiya prezidentləri tərəfindən noyabrın 9-da imzalanmış birgə bəyanat müharibəni dayandıraraq qaçqınların, məcburi köçkünlərin öz evlərinə qayıtmağa imkanı verməklə yanaşı iqtisadiyyatı dirçəltmək, humanitar problemləri həll etmək üçün də lazımi şəraiti təmin etdi” – deyə rusiyalı nazir qeyd edib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin 9 noyabr tarixində Qarabağdakı hərbi əməliyyatlarını tam dayandırmaq barədə birgə bəyanat imzalayıblar.