Ermənilərin bu müharibədə iştirak etməyə nə həvəsləri var, nə də səbəbləri
Rusiyaya getmək üçün əlavə çarter reyslər tələbi ilə İrəvanda Rusiya səfirliyi qarşısında mitinq keçirən ermənilərin sədası Moskva KİV-lərinə də çatıb.
İstiPress-in məlumatına görə, Rusiyada nəşr olunan “İA Rex” portalı Rusiyaya getmək üçün mitinq edənlərin içində yalnız Ermənistan vətəndaşı olanların sayının az olduğunu göstərir. Portalın fikrincə, Rusiyaya getmək istəyən əsas kütlə Rusiya pasportu daşıyanlardır və bunlarına arasında ikili vətəndaşlar yetərincədir.
Vəziyyət onu göstərir ki, Rusiya vətəndaşlığı alsalar da, hələ də İrəvanda qalan ermənilər Ermənistanla birdəfəli əlaqəni kəsmək fikrindədirlər, çünki ailənin Rusiyada qalana üzvləri artıq köhnə vətənləri ilə əlaqəni mənasız sayırlar, yəni bir də geri dönmək fikirləri yoxdur.
Rəsmi statistikaya görə, Ermənistanın təxminən 610 min vətəndaşı Rusiyada əmək miqrantı kimi işləyir və ailələrinə pul gönədirirlər. Amma "lragir.am"ın yazdığına görə bu ilin yanvar-iyul aylarında Rusiyadan erməni əmək miqrantlarının göndərdikləri pullar 28% azalıb, əvəzində ikil vətəndaşlığa malik ailələrin üzvləri Rusiyaya üzv tutublar. Ermənistanda ailə üzvü qalmamış ermən miqrantlar artıq Ermənistana pul göndərmirlər.
Bir sıra erməni ekspertlər belə düşünür ki, Rusiyaya bir dəfəlik köçmək istəyən ermənilər heç də koronavirus karantininin yaratdığı çətinliklərə görə yox, müharibə qorxusuna görə qaçırlar. Onları qorxudan əsas səbəb Azərbaycanın Qarabağı işğaldan azad etməsi üçün müharibəyə başlaya biləcəyi ilə bağlı Ermənistanda səslənən fikirlərdir. Sadə ermənilərin onlara faid olmayan bu torpaqlar üçün gedəcək müharibədə iştirak etməyə nə həvəsləri var, nə də səbəbləri.