Ermənistanda Rusiya telekanallarının yayımı məhdudlaşır

10 Avqust, 2020 10:52 | Siyasət | Baxış sayı: 74
İrəvan - tarixi Kond məhəlləsi
İrəvan - tarixi Kond məhəlləsi

Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta” və “Rossiya Kultura” kanalının açıq yayımına məhdudiyyət tətbiq olunub.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan media haqqında qanun imzalayıb.

Qanuna əsasən, bundan sonra Ermənistan ərazisində sözügedən kanallar pullu yayımlanacaq.

Yalnız "Mir" telekanalının açıq yayımına icazə veriləcək.