Şimal incisində Qarabağ sevinci

10 Noyabr, 2020 15:58 | Siyasət | Baxış sayı: 176

Şimalın incisi  Xaçmaz rayonunda gecə saatlarından böyük coşqu yaşanır.

İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa qələbə müjdəli müraciəti xaçmazlılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Nikol Paşinyanın terrorçu ordusunun Qarabağdakı tarixi torpaqlarımızdan, nəhayət ki, əl çəkməsi xəbəri rayonda xüsusi sevinc coşqusu yaradıb. Yüzlərlə xaçmazlı şəxsi avtomobillərilə - Azərbaycanın və Türkiyənin bayraqları ilə yürüş ediblər.

"Qarabağ azaddır", "Sağ ol - Şanlı Ordum", "Ali Baş Komandana minnətdarıq"- şüarları səsləndirən  aksiya iştirakçılarının yürüşü gün ərzində davam edib .Şənliklər şəhərdəki  Heydər Əliyev adına parkda, şəhər istirahət parkında müxtəlif musiqi nömrələri və rəqslərlə davam edib.

Xaçmaz İH başçısı Elnur Rzayev bu gün ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə tər güllər düzüb. Bildirib ki, bu gün Azərbaycan xalqına çatdırılan tarixi qələbə xəbəri məhz Heydər Əliyevin davamçısı İlham Əliyevin məqsədyönıü fəaliyyətinin nəticəsində mümkün olub. Xaçmazlıların da Azərbaycan Ordusunda şərəflə qulluq etdiyi, bu yolda şəhid verdiyi də xüsusi vurğulanıb: "Məhz belə igid oğulların Azərbaycanın Şanlı Ordusu Qarabağda yeni zəfər tarixi yazır".

Xaçmazlıların qələbə  şənliyi davam edir.