Dustaq general Əfqan Nağıyev “Qarabağ” ordenini necə aldı?

10 Dekabr, 2020 11:27 | Siyasət | Baxış sayı: 922

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, Prezidentin sərəncamı ilə təltif edilənlər sırasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və ev dustaqlığına buraxılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyevin də olması bir sıra müzakirələrə səbəb olub. Əfqan Nağıyev “Qarabağ” ordeninə layiq görülüb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Əfqan Nağıyev Vətən Müharibəsi başlayandan sonra ölkə rəhbərliyinə müraciət edərək döyüşlərdə iştirak etmək istədiyini bildirib, yüksək döyüş bacarığından və ərazini tanımasından istifadə edilməsini təklif edib.

DSX-nin rəis müavini Əfqan Nağıyevin bu təklifi müsbət qarşılanıb və o, döyüşlərə qatılıb.

Əfqan Nağıyevin, xüsusilə də, Zəngilan rayonunun işğaldan azad edilməsində müstəsna xidmətlərinin olduğu bildirilir.