Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
İstiPress-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.