Livandan Ermənistana 100-dən çox erməni gətirildi

12 Avqust, 2020 12:42 | Siyasət | Baxış sayı: 78

Livandan Ermənistana 100-dən çox erməni mənşəli şəxs gətirilib.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.

N.Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.