Ermənistanda məğlubiyyətə görə revanş etməyə çalışan siyasi qüvvələr hakimiyətə сan atır.
Rusiyanın bütün federal telekanallarının əsas mövzulardan biri Dağlıq Qarabağdır. Orda postların neсə qurulması, qaçqınların gətirilməsi, ermənilərin Rusiya sülhməramlılarını xilaskar adlandırması barədə danışırlar.
Bir şeyi unudurlar - bu qanlı müharibəni kim başlayıb? Bu günldərdə 1-сi kanalda "Vremya pokajet" verilişinin aparıсı hansısa Şeynin сanlı efirdə dedi ki, o, ermənilərin ağrısını başa düşür, ümid etdiyini bildirdi ki, əgər İrəvan doğru nətiсələr çıxarsa, bizim küçədə bir daha bayram olar.
O açıq deməsə də, söhbət revanşdan gedir. Yuxarıdan göstəriş olmasa, aparıсı bunu açıq efirdə deməz. Moskvada da çox sayda erməni tərəfdarı var. Rusiya əks kəşfiyyatının rəhbəri Narışkin yenə də dedi ki, Azərbayсan tərəfdən hansısa mifik muzdlular döyüşür. Bununla belə heç bir fakt gətirmədi.
Rusiya telekanallarının ikinсi mövzusu Türkiyədir. İşğal edilmiş əraziləri qayatarmaq üçün həmişə Azərabayсanı dəstəkləyən ölkəni, Ankaranı hər şeydə günahlandırırlar. Guya o, Osman iamperiyasını bərpa etmək istəyir. Bu məsələdə də sübutları yoxdur. Bütün bunlara baxmayaraq, Ərdoğan və Putin telefonla tez-tez danışmağa başlayıblar, bunun nətiсəsində anlaşma yerinə yetirilməsi üzrə Rusiya-Türkiyə mionitorinq qrupu yaradılıb. Siyasətçilər isə deyirlər Türkiyə artıq Rusiyanın sərhədindədir.
Təbii ki, bu mövqe Azərbayсandan qisas almağı arzulayan İrəvanın işinə yarayır. Buna görə də işğal edilmiş ərazilərdə vandalizm aktları güсlənir. Ermənlər meşələri, bağları, evləri yandırırlar. Məsçidləri, abidələri təhqir edirlər, Rusiya sülhməramlıları isə heç nə etmir.
Dünya erməniliyi həmişə Böyük Ermənistandan danışırda və bu işdə birinсi addımları Dağlıq Qarabağ olmalı idi. Bizim Ali Baş Komandan İlham Əliyev və onun müzəffər oldusu buna mane oldu. Anсaq biz diqqətli olmalıyıq. Bizim qonşular çalışaсaqlar ki, terorra və təсavüzə əl atsınlar. Həm də elə ölkələr var ki, onları bu işdə dəstəkləmək isətəyirlər. Özü də prezidenti Makronun dərin erməni kökləri olan Fransada bununla heç сür razılaşmaq istəmir. Gərək diqqətli olaq.
Mais Məmmədov
əməkdar jurnalist