İlham Əliyev Xudafərinə qədər zirehli maşın sürdü - VİDEO

17 Noyabr, 2020 10:22 | Siyasət | Baxış sayı: 147

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva erməni işğalından azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.

İstiPress-in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin azad etdiyi obyektlərdən birində Ali Baş Komandan Azərbaycan bayrağı qarşısında dizini yerə qoydu, onu öpdü və sonra Qarabağ üzərində qaldırıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hərbi avtomobillə azad edilmiş ərazilərə gediblər.

Hərbi avtomobilin sükanı arxasında Azərbaycan Ordusunun şanlı qələbələrinə heyranlığını gizlətməyən dövlət başçısı özü olub.