Türk spiker: "Kimsə Azərbaycan torpaqlarına əməliyyat həyata keçirə bilməz"

20 Oktyabr, 2020 12:44 | Siyasət | Baxış sayı: 121

Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti Milli Məclisdən birbaşa Gəncəyə yollanıb.

İstiPress-in məlumatına görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib.

Qeyd edək ki, bu gün TBMM sədri Mustafa Şentop Milli Məclisin iclasında çıxış edib: “Dünya, bəşəriyyət yeni dəyişikliklər axtarışındadır. İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması lazımdır”.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanı zəfərədək dəstəkləyəcək:

“Ancaq bilsinlər ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!”

Onun sözlərinə görə, Minsk qrupu münaqişənin həll olunmasına gerçək iradə göstərməyib:

"Minsk qrupunun beyin ölümü gerçəkləşib. İndiyə qədər Qarabağda bir çox yerlər işğaldan azad edilib. Yenə beynəlxalq təşkilatların atəşkəs çağırışı olub. Heç bir dövlət boş-boşuna müharibə etmək istəməz. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Azərbaycan ilanın eyni yerdən sancmasına icazə verməyəcək. Kimsə Azərbaycan torpaqlarına əməliyyat həyata keçirə bilməz”.